Menu

"Alternativ internet kanalları var idi..." - Nazir əvəzi

21.11.2015, 09:40
"Alternativ internet kanalları var idi..." - Nazir əvəzi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə internetin təkrar kütləvi şəkildə kəsilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək.

Trend-in məlumatına görə, rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini icra edən İltimas Məmmədov jurnalistlərə bildirib.

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan ərazisi üzrə internet kəsilmişdi. İnternetin kəsilmi DATA-mərkəzə qoşulan kabellərin birində yanğının baş verməsi idi.

Məmmədovun sözlərinə görə, problem həll olunub, internet işləyir, hər şey öz yerindərir.

"Alternativ internet kanalları var idi və normal fəaliyyət göstərirdi. Hal-hazırda nazirlik bunun yenidən baş verməməsi üçün hər sey edir .Avadanlığın küçürülməsi və optik kabellər birləşdirilmə prosesi bu gecə tam başa çatacaq. Hər şey yüksək səviyyədə olacaq", - Məmmədov bildirib.

Bundan öncə Delta Telecom şirkətindən verilən məlumata görə, baş vermiş yanğından sonra DATA-mərkəzinin ehtiyyat sistemini istifadə etmək enerji təchizatı problemləri ilə bağlı mümkün deyildi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol