Menu

İsrail Fələstin radiosuna basqın edib

21.11.2015, 17:50
İsrail Fələstin radiosuna basqın edib

İsrail ordusu Fələstinə məxsus yerli radioya basqın edərək yayımı dayandırıb.

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, İsrail hərbiçilərinin Fələstinə məxsus radio kanalını bağlamasına əsas səbəb “üsyanın davam etdirilməsini təşviqedici yayımlar” həyata keçirtməkdə ittiham etməsi olub. Radionun yayımının 6 ay müddətinə dayandırıldığı bildirilir.

İsrail ordusu iki həftə əvvəl də Əl-Xəlil şəhərində fələstinlilərə aid lokal bir radionu zorakılıq təbliğatı apardığı səbəbindən bağlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol