Milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra mətbuat onun nəzarətində olan biznes sahələri və malik olduğu saysız-hesabsız obyektlər barədə müntəzəm olaraq yeni-yeni məlumatlar yayır. Eldar Mahmudovun nazir postunda olarkən özünə əsasən restoran biznesi və bahalı avtomobillərin satışı üzrə ixtisaslaşan “Caspian Crystal Holding” adlı biznes imperiyası yaratdığını bildirib. Bu şirkətə sabiq nazirin oğlu Anar Mahmudovun rəhbərlik etdiyini vurğulayıb.

Yeri gəlmişkən, psixoloqlar bildirir ki, uşaqlığı yaxşı keçməyən və oyuncaqlarla vaxtında doyunca oynamayan adamlar böyük komplekslərlə böyüyürlər. Kim bilir, bəlkə keçmiş nazir də belə olub. O da haçansa oyuncaq parovoz arzusunda olub, amma özünün bu arzusunu yalnız böyüyüb qüdrətli nazirə çevriləndən sonra həyata keçirə bilib.


Şərhlər