Menu

“Ukrayna defoltdan qaça bilib...” - Poroşenko

21.11.2015, 20:09

porosenkoUkrayna hökuməti geridönməz defoltdan qaçmağa müvəffəq olub. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə prezident Pyotr Poroşenko bildirib.Onun sözlərinə görə, ölkənin maliyyə sistemini stabilləşditrmək, xarici borcun bir hissəsini silmək, qızıl ehtiyatını bərpa eləmək və zənginləşdirmək mümkün olub. Həmçinin, son 6 rüb ərzində ilk dəfə Ukraynada ÜDM-nin minimal artımı qeydə alınıb.

Ancaq prezident təəssüflə onu da vurğulayıb ki, islahatlar hələ ki, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına gətirməyib. Ukrayna lideri əlavə edib ki, Ukrayna Rusiya tərəfindən genişmiqyaslı iqtisadi aqressiya və hərbi müdaxilə dönəmini yaşayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol