Belçikanın paytaxtı Brüsselin mərkəzindəki kafe və restoranlar bağlanır. Musavat.com-un məlumatına görə, mərkəzi hissənin burqomistri İvan Mayer müəssisələrə hava qaralandan sonra bağlanmağı məsləhət görüb.
“Ehtiyat tədbiri kimi restoranlara, barlara və kafelərə məsləhət görürük ki, yüksək antiterror hazırlığı ləğv olunanadək saat 18:00-dan sonra işlərini dayandırsın” – deyib o.
Xatırladaq ki, bazar gecəsi Belçika hökuməti Brüssel və ona bitişik ərazilərdə ən yüksək antiterror hazırlığı elan edib. Bu məqsədlə bir sutkalığa metro sistemi bağlanıb, əhalidən sıx toplaşma yerlərindən uzaq olmaq xahiş edilib.


Şərhlər