Menu

Müsavat Partiyasının qurultayı ilə bağlı məhkəmə başlayıb

23.11.2015, 17:33
Müsavat Partiyasının qurultayı ilə bağlı məhkəmə başlayıb

Bu gün Bakı şəhər Binəqədi rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Müsavat Partiyasının son qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin müraciəti ilə bağlı hazırlıq iclası keçirilib.

Bu barədə APA-ya Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli məlumat verib.

Məhkəmədə Müsavat Partiyasının qurultayının saxta olması ilə bağlı vəsatətlər qaldırılıb. Baxış iclası dekabrın 9-na təyin edilib.

Xatırladaq ki, Müsavatın sonuncu qurultayında başqanlığa namizəd olan Qubad İbadoğlu seçkidə məğlub olduqdan sonra partiyadan kənarlaşdırılıb və Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını təsis edib. Müsavat Partiyasından kənarlaşdırılan bir qrup insan sentyabrın 27-də qurultayda qanun pozuntularının olması ilə bağlı məhkəməyə müraciət edib və qurultayın nəticələrinin ləğvini istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol