Menu

İrana "S-300" kompleksinin göndərilməsinə start verilib

23.11.2015, 18:05
İrana "S-300" kompleksinin göndərilməsinə start verilib

“İrana "S 300" zenit-raket kompleksləri göndərilməsi reallaşma mərhələsinə qədəm qoyub”.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu İranın Rusiyadakı səfiri Mehdi Sanai deyib.

Bundan əvvəl isə İranın müdafiə naziri Hüseyn Dehqan "S 300" zenit-raket komplekslərinin ilin sonunadək İrana göndəriləcəyini bildirib. Bununla yanaşı o, İran hərbçilərinin zenit-raket komplekslərinin istifadəsi ilə bağlı təlim çərçivəsində hazırda Rusiyada olduqlarını diqqətə çatdırıb.

Xatırladaq ki, bu ilin aprelində Rusiya prezidenti Vladimir Putin İrana "S 300" raketlərinin göndərilməsi ilə bağlı embarqonun aradan qaldırılması ilə bağlı qərar qəbul edib. Embarqo 2010-cu ildə Rusiyanın sabiq prezidenti, hazırkı baş nazir Dmitri Medvedev tərəfindən BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları çərçivəsində tətbiq olunmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol