Menu

Göyərtəsində 180 sərnişinin olan təyyarə qəza enişi etdi

24.11.2015, 08:57
Göyərtəsində 180 sərnişinin olan təyyarə qəza enişi etdi

ABŞ-ın “American Airlines” aviaşirkətinə məxsus təyyarə Dominikan Respublikasının Santo-Dominqo şəhərində qəza enişi edib.

APA-nın Prensa Latina agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 174 sərnişin və 6 ekipaj üzvü olub.

İlkin məlumata əsasən, təyyarə havada olarkən mühərriklərinin birində nasazlıq yaranıb.

Təyyarənin Şimali Karolina ştatından Arubaya uçduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol