Menu

Prezidentdən bu müəssisələrin özəlləşdirilməsinə “yaşıl işıq”

25.11.2015, 12:33
Prezidentdən bu müəssisələrin özəlləşdirilməsinə “yaşıl işıq”

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Qanuna edilən dəyişikliyə görə, standartlaşdırma və metrologiya müəssisələrini də özəlləşdirmək mümkün olacaq.

Patent xidmətinin özəlləşdirilməsinə qoyulan qadağa isə qüvvədə qalacaq.

Xatırladaq ki, mövcud maddəyə əsasən, patent xidməti ilə yanaşı, standartlaşdırma və metrologiya müəssisələrini özəlləşdirmək də qadağan idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol