Menu

Ərdoğan Putinə görüş təklif etdi

26.11.2015, 23:35
Ərdoğan Putinə görüş təklif etdi

prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə noyabrın 30-da Parisdə görüşməyi təklif edib. Ərdoğan bildirib ki, hələlik cavab almayıb.

Türkiyə prezidenti bəyan edib ki, Su-24 insidentindən sonra Rusiya prezidenti Vladimir Putinlə zəng etməyə çalışıb, lakin telefon danışığı baş tutmayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın “France 24” telekanalına müsahibəsində isə bildirib:

“Təyyarənin Rusiyaya məxsus olduğu bizə məlum olsaydı, biz Türkiyənin hava məkanının pozulmasının qarşısını başqa cür alardıq”, deyə Ərdoğan bildirib.

Ərdoğan “France 24” telekanalına müsahibəsində həmçinin qeyd edib ki, vurulan Su-24 təyyarəsinin Rusiyaya məxsus olduğu müəyyən ediləndən sonra rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi yaratmağa çalışıb, lakin o cavab verməyib.

Qeyd edək ki, Türkiyə prezidenti “BBC”-yə müsahibəsində Rusiyaya məxsus “Su-24” bombardmançı təyyarəsinin vurulmasına görə Kremldən üzr istəmək niyyətində olmadığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol