Menu

Maydan qan gölünə döndü: 27 ölü!-CANLI YAYIM, Yenilənib

19.02.2014, 00:35
Maydan qan gölünə döndü: 27 ölü!-CANLI YAYIM, Yenilənib

Kiyevdə zorakı qarşıdurma nəticəsində ölənlərin sayı artır. Musavat.com-un "Ukrainskaya pravda"ya istinadən verdiyi məlumata görə, Maydanın tibb xidmətinin rəhbəri Oleq Musiy mitinqçilər tərəfidən 20 nəfərin öldüyünü, 500-ə yaxın adamın yaralandığını bildirib.

Səhiyyə Nazirliyi isə mitinqçilərdən yalnız 11 nəfərin öldüyünü təsdiqləyib.

Ukrayna DİN-in saytında yerləşdirilən məlumata görə, toqquşmalar zamanı 7 asayiş keşikçisi ölüb.

--

Ukraynanın “Berkut” xüsusi təyinatlı polis dəstəsi Kiyevin mərkəzindəki Maydana hücuma keçib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Müstəqillik Meydanını əhatəyə almış milis dəstələri ön cərgədəki barrikadalara səs-işıq qumbaraları və tüstü şaşkaları atıb, buna cavab olaraq, etirazçılar yandırıcı maye ilə dolu şüşə

qabları və fişəng atırlar. Barrikadaların dağıdılması üçün zirehli texnika və BTR tipli zirehli transportyorlar cəlb olunub. Milis etirazçılara qarşı həmçinin su şırnaqlarından da istifadə edir.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, etirazçıların sosial şəbəkələrdə qeydlərinə əsasən, “Kreşatik” bankının yaxınlığında iki BTR və pulemyot hazır vəziyyətə gətirilib. Bəzi məlumatlara görə, xüsusi təyinatlılar “Kalaşnikov” avtomatları ilə silahlanıb.

Maydanda güclü yanğın müşahidə olunur. Müxalifətçilərin bildirdiyinə görə, yanğın hətta BTR-lərdən birinə keçib.

Hazırda Maydanda 20 minədək insan var.

Xatırladaq ki, bir müddət əvvəl Kiyev milisinin rəhbərliyi etirazçılara 20.00-dək iğtişaşlara son qoymaq ultimatumu irəli sürüb. Əks təqdirdə sərt addımların atılacağı ilə bağlı xəbərdarlıq edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol