Menu

Türkiyə XİN: İtaliyada tutulan silahlar qanuni yolla satılıb

29.11.2015, 11:32
Türkiyə XİN: İtaliyada tutulan silahlar qanuni yolla satılıb

İtaliya qvardiyası tərəfindən ölkənin şimalında tapılan silahlar Türkiyədə istehsal olunub və qanuni yolla Belçikaya satılıb."Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəsmisi Tanju Bilgiç bildirib.

Onun sözlərinə görə, Türkiyədən qanuni yolla silah idxal edən şirkət İtaliyada tranzit sənədləşməsi aparmayıb və bu səbəblə problemlə üzləşib.

Qeyd edək ki, Trieste limanında tutulan yük maşınında 781 ədən "Winchester" tipli tüfəng aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol