Menu

​BMT-nin baş katibindən Rusiya və Türkiyəyə çağırış

30.11.2015, 09:14
​BMT-nin baş katibindən Rusiya və Türkiyəyə çağırış

BMT-nin baş katibi Pan Gi Mun Rusiyaya məxsus "Su-24" bombardımançı təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Moskva və Ankara arasında yaranan münaqişəli vəziyyətə görə son dərəcə narahatçılığını ifadə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Pan Gi Mun iki ölkə liderini gərginliyi azaltmağa çağırır, çünki onlar Suriyada "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı mübarizə aparırlar.

"Əgər koalisiya üzrə tərəfdaşlar arasında ziddiyyət və gərginlik müşahidə olunursa, bu terrorçuluqla mübarizədə birgə səylərin xeyrinə olmayacaq", — deyə baş katib bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol