Menu

İran Keniyada terakt törətməyə cəhd ittihamını qəbul etmir

01.12.2015, 09:53
İran Keniyada terakt törətməyə cəhd ittihamını qəbul etmir

İran Kenyada terror hücumu planlaşdırılan iki kenyalıya hər hansı bağlılığı olmadığını bildirir. Həmin şəxslərin Nayrobidə qərb hədəflərə terror hücumu planlaşdırdığı bildirilir.

İranın Nayrobidəki səfirliyi noyabrın 30-da bəyan edib ki, həmin 2 kenyalının İranın kəşfiyyat və təhlükəsizlik aparatı ilə heç bir əlaqəsi yoxdur.

Kenya polisi noyabrın 28-də yaydığı məlumata görə, iki şübhəli İran İnqilab Qvardiyasının elit Qüds birləşməsi üçün casusluq etdiyini boynuna alıb.

Həmin 2 şəxsin İrana bir neçə səfər etdiyi, pul aldığı qeyd olunurdu.

İran səfirliyi bu iddiaları yalanlayıb, eyni zamanda Kenya ilə münasibətləri dəyərləndirdiyini, məsələni aydınlaşdırmağa hazır olduğunu bildirib ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol