Menu

Nardaran sakinləri yolu bağladılar

01.12.2015, 10:00
Nardaran sakinləri yolu bağladılar

Bu gün səhər saatlarından başlayaraq Nardaran sakinləri Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlayıblar.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aksiya iştirakçılarının əllərində dəmir armaturlar, daş parçaları var. Onlar meyitlərin qaytarılmasını tələb edirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də ağır zirehli texnika cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol