Menu

Naxçıvana 7 milyon manat ayrıldı - Sərəncam

02.12.2015, 19:25
Naxçıvana 7 milyon manat ayrıldı - Sərəncam

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə prezidentin ehtiyat fondundan Muxtar Respublikaya 7 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamın təmin edilməsi tapşırılıb. /AzərTAc

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol