Menu

Bəşər Əsəd İrana dəvət edildi

03.12.2015, 15:08
Bəşər Əsəd İrana dəvət edildi

İranın dini lideri Ayətullah Əli Hamaneyin əsas sözçüsü Əli Əkbər Vəlayəti Suriya prezidenti Bəşər Əsədi İrana dəvət edib. Modern.az xarici mediaya istinadən bildirir ki, Livandakı əl-Meyadin televiziyasına danışan Vilayəti ölkəsinin Əsədi Tehranda qarşılamağa hazır olduğunu söyləyib.

“Əsədin Suriyada olması zəruridir, ancaq Suriya dövlət başçısı istəsə, biz onu İranda qarşılamağa hazırıq. Fikirlərimizi özünə söykəyərək ölkəsini müdafiə etməyi tərk etməsini istəmirik. İrana gəlmək istəsə, onu bir qəhrəman kimi isti bir şəkildə qarşılayacağıq. Çünki o keçən 5 il müddətində xalqını və ölkəsini müdafiə edib”, - Vilayəti deyib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol