Menu

"Günəşli" yatağında yanğın: platformada 63 işçi qalıb - Yeniləndi

04.12.2015, 21:46
"Günəşli" yatağında yanğın: platformada 63 işçi qalıb - Yeniləndi

“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib. SOCAR-ın rəsmi saytında verilən xəbərə görə, dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

İlk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirir.

Qərargahdan bildirlib ki, platformada 63 nəfər var və onların hamısı təhlükəsiz ərazidədir.

Publika.az xəbər verir ki, xilasedici gəmilərin hadisə yerinə yaxınlaşdığı bildirlir. Hadisə nəticəsində xəsarət alan və ya ölən yoxdur.

Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Hazırda dənizdə dalğanın hündürlüyü 8-10 metrə çatır.

APA-nın məlumatına görə isə özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlər davam edir.

Yanğın baş verən zaman platformada 42 nəfər olub. Hündür dalğalar yanğınsöndürmə işlərinə mane olur. Hazırda platformada olan neftçilər qayıqlarla təxliyə olunur. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdu

--------

Bir neçə saat öncə “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, yanğın yatağın 10-cu platformasında başlayıb.

SOCAR-dakı mənbələr faktı təsdiqləyiblər.

Ölənlər və xəsarət alanlar barədə hələ məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol