Menu

Nardaranda ölənlər dəfn edilib

04.12.2015, 22:57
Nardaranda ölənlər dəfn edilib

Noyabrın 26-da Nardaran qəsəbəsində polislə qarşıdurmada ölənlərin cənazələri bu gün ailələrinə təhvil verilib. Bu barədə APA-ya hadisə nəticəsində ölən Əkbər Babayevin atası Nazim Babayev məlumat verib.

Onun bildirdiyinə görə, bu gün günörta saatlarında onları Sabunçu Rayon Polis İdarəsinə dəvət ediblər və cənazələrin dəfninə icazə verilib: "Polis idarəsindən bizə bildirdilər ki, cənazələri Göy Məsciddən götürə bilərik. Biz də məscidə getdik, 4 nəfər yaxınımızın cənazəsini gətirib axşamüstü Nardaran qəbirstanlığında dəfn etdik".

Xatırladaq ki, hadisə nəticəsində Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol