Menu

​"Moody's" Azərbaycanın reytinqini təsdiq edib

05.12.2015, 11:04
​"Moody's" Azərbaycanın reytinqini təsdiq edib

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı növbəti reytinqini açıqlayıb. "Report"un agentliyin rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, Agentlik Azərbaycanın emitent və dövlət istiqrazlarının reytinqini "Baa3" səviyyəsində saxlayıb və proqnozu "stabil" olaraq qeyd edib.

Agentlik ölkədə fiskal sabitliyin əsas səbəbi kimi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) geniş aktivlərinin olması ilə əlaqələndirib. Qurum 2016-cı ildə Azərbaycanın xarici borcunun ÜDM-in 25%-dən aşağı olacağını proqnozlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol