Əhali banklarda əmanətlərini çıxartmaqda davam edir.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, Oktyabr ayının sonunda fiziki şəxslərin banklarda 7 milayrd 172,9 milyon manat əmanəti olub. Bu, Sentyabr ayının sonu ilə müqayisədə 138,9 milyon manat və ya 1,9% azdır.
Bu ilin Fevral ayının sonunda fiziki şəxslərin banklardakı əmanətləri 7 milyard 932,7 milyon manata çıxmışdı. Mart-Oktyabr aylarında fiziki şəxslərin əmanətlərindəki azalma 759,8 milyon manata çatıb (9,6%).
76%-İ DOLLARDADIR
Oktyabr ayının sonunda banklardakı 7 milyard 172,9 milyon manat əmanətin 1 milyard 723,8 milyon manatı və ya 24%-i milli valyuatda, 5 milyard 449,1 milyon manatı və ya 76%-i xarici valyutada olub.
Fiziki şəxslərin əmanətlərinin 6 milyard 280,5 milyon manatı rezidentlərə, 1 milyard 690 milyon manatı qeyri-rezidentlərə aid olub. Oktyabrda rezidentlərin əmanətləri 125,8 milyon manat, qeyri-rezidentlərin əmanətləri isə 52,8 milyon manat azalıb.
| Aylar | Əhalinin əmanətləri, milyon manatla |
| Dekabr 2014 | 7188,4 |
| Yanvar | 7121,3 |
| Fevral | 7932,7 |
| Mart | 7781,6 |
| Aprel | 7717,2 |
| May | 7601,1 |
| İyun | 7653,6 |
| İyul | 7605,1 |
| Avqust | 7320,3 |
| Sentyabr | 7311,8 1 |
| Oktyabr | 7172,9 |


Şərhlər