Türkiyə ilə Rusiya arasında hava məkanın pozulması nəticəsində Rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra başlayan böhran, dənizçilik sektoruna da ciddi təsir etməyə başlayıb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, son bir həftə içərisində Rusiya limanlarına yük daşıyan 5 Türkiyə bayraqlı gəmi Port State Control (Pi Es Ci) nəzarətinə alınıb.
Rusiyanın Türkiyə gəmilərinin Novorossiysk limanında həbs etməsinə cavab olaraq Türkiyə limanlarına naviqasiya edən 4 Rusiya bayraqlı gəmi Samsun limanında aparılan Pi Es Ci yoxlamaları nəticəsində həbs olunub.
Məlumatda qeyd edilir ki, həmin gəmilərin Türkiyəyə məxsus dəniz sularında üzməsi qadağan edilib.
[gallery columns="4" size="large" ids="175640,175641,175642,175643"]
* * *
Türkiyənin Samsun limanında Rusiyanın 4 gəmisi saxlanılıb. Bu barədə Trend "Haber7" qəzetinə istinadən məlumat verir.
Hadisə ilə bağlı ətraflı məlumat verilmir.


Şərhlər