Menu

Ukraynalı pilota Rusiyada 25 il həbs verilə bilər

05.12.2015, 18:45
Ukraynalı pilota Rusiyada 25 il həbs verilə bilər

Rusiyada həbsdə olan ukraynalı hərbçi Nadia Savchenko-nun məhkəməsi bu ilin sonuna kimi yekunlaşa bilər.

Bu barədə Rusiya Təhqiqat Komitəsi məlumat yayıb.

2014-cü ildə Ukraynanın şərqindəki münaqişə zamanı iki rus jurnalistini öldürməkdə günahlandırılan Savchenko barəsində 25 il azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Savchenko ittihamları rədd edir, deyir ki, o, Ukraynanın şərqində Rusiyameylli separatçılar tərəfindən oğurlanıb.

34 yaşlı qadın bir ildən artıqdır ki, Rusiya həbsxanasındadır və o, həbsinə etiraz olaraq 80 gündən çox aclıq aksiyası keçirib. /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol