Menu

Türkiyəli fiqurlu konkisürənlər Rusiyanı tərk elədi

05.12.2015, 20:37
Türkiyəli fiqurlu konkisürənlər Rusiyanı tərk elədi

Türkiyədən olan fiqurlu konkisürmə cütlüyü – Alisa Aqafonova və Alper Uçar Rusiyanı tərk edib. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin fiqurlu konkisürmə üzrə baş məşqçisi Aleksandr Julin bildirib.

Onun sözlərinə görə, idmançılar Türkiyənin İdman Nazirliyinin qərarı əsasında bu addımı atıblar.

“Bu gün onlar Rusiyanı tərk elədilər. Hamı ağlayırdı. Çox təəssüf ki, siyasət idmana müdaxilə edir. Türkiyə İdman Nazirliyi beli bir qərar verib. Sonra nə olacaq, bəlli deyil” - qeyd edib rusiyalı məşqçi.

“Mən çox ümid edirəm ki, Rusiya və Türkiyə hansısa kompromisə gələcək və uşaqlar qayıdacaq. Rusiya uşaqların çox xoşuna gəlir. Onlar da bizim çox xoşumuza gəlirdi” – deyib Julin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol