Bu gün səhər tezdən səhiyyə naziri Oqtay Şirəliyev “Günəşli” yatağındakı 10-cu platformadan təxliyyə olunaraq Neftçilər xəstəxanasına yerləşdirilmiş neftçilərə baş çəkib.Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verlib.
Nazir təxliyyə olunmuş neftçilərin sağlamlıq durumu və onlara göstərilən tibbi yardımın keyfiyyəti ilə maraqlanıb.
Musavat.com-un xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, qəbul edilən 31 xəstədən 22-sinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Həkim Adil İsayevin verdiyi məlumata görə, hazırda xəstəxanada 7 xəstə yatıb. Onların vəziyyəti stabildir.
Fəlakətzədələrdən birində isə yanıq xəsarətləri olduğundan 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib. Onun da vəziyyətinin stabil olduğu bildirilir.
Həkim bundan başqa bildirdi ki, bu gün səhər saatlarında səhiyyə naziri Oqtay Şirəliyev də xəstələrə baş çəkib. O, hər bir xəstənin vəziyyəti ilə maraqlanaraq, palatalarında olub.


Şərhlər