Menu

Xəzərdən daha bir cəsəd çıxarıldı- Ramiz Həsənovun meyiti tapıldı

06.12.2015, 13:23
Xəzərdən daha bir cəsəd çıxarıldı- Ramiz Həsənovun meyiti tapıldı

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən birinin cəsədi tapılıb.

Bu barədə ANS PRESS-ə "Günəşli" dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan məlumat verilib. Məlumata görə dənizdən tapılan meyit 1965-ci il təvəllüdlü Ramiz Nüsrəddin oğlu Həsənova məxsusdur. Bununlada rəsmi məlumata görə ölənlərin sayı ikiyə çatıb. 29 nəfərin axtarışları davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol