Menu

Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdi - Fotolar

06.12.2015, 15:03
Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdi - Fotolar

Türkiyənin tanınmış sənət adamları "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğın hadisəsindən yazıb.Musavat.com xəbər verir ki, sənətçilər sosial şəbəkədə faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı veriblər. 

Müğənni Ebru Gündeş: “Başın sağ olsun, Azərbaycan. Səbir diləyirəm”.

Müğənni Soner Sarıkabadayı: “Başımız sağ olsun, azərbaycanlılar mənim üçün qardaşdan artıq millətdir. Konsert üçün İsveçrədəyəm, buna görə gec xəbərim oldu. Dualarımız sizinlədir”.

Müğənni Alişan: "Acınız acımızdır. Allah rəhmət etsin”.

Müğənni İrem Derici: “Bütün azərbaycanlıların başı sağ olsun. Acınız acımızdır”.

Müğənni Demet Akalın: “Başın sağ olsun can Azərbaycan. Acınız acımızdır. 32 canımız getdi, məkanları cənnət olsun”.

Müğənni İşın Karaca: “Dualarımız sizinlədir”.

Model Çağla Şikel: “Azərbaycan üçün dua edək”.

Aparıcı Ebru Şallı: “Təəssüf ki, yenə günə acı xəbərlə başladıq.Üzgünük. Vəfat edənlərin ailələrinə səbir diləyirəm. Vəfat edən mələklərə də Allah rəhmət eləsin”.

Aparıcı Burcu Esmersoy: “Başınız sağ olsun can dostlarımız. Allah ölənlərə rəhmət etsin, qalanlara səbir versin”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol