Menu

Beynəlxalq koalisiya Suriya ordusunun mövqelərini bombalayıb

07.12.2015, 12:18
Beynəlxalq koalisiya Suriya ordusunun mövqelərini bombalayıb

Suriya ordusu ilk dəfə olaraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən bombardman edilib.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” suriyalı hüquq müdafiəçilərinə istinadən məlumat yayıb.

Hadisə böyük hissəsi İŞİD-in nəzarətində olan Deyr əl-Zor əyalətində baş verib. İŞİD-i hədəf alan koalisiya qüvvələri yanlışlıqla Suriya ordusunun mövqelərinə aviazərbələr endirib. Nəticədə 4 Suriya əsgəri ölüb, 13-ü yaralanıb.

Suriya hökumətinə yaxın mənbə hadisəni təsdiqləyib və aviazərbələr nəticəsində insanların öldüyünü və nəqliyyat vasitələrinin sıradan çıxarıldığını deyib.

Deyr əl-Zor İŞİD-in faktiki paytaxtı Rakka şəhəri ilə terrorçu qruplaşmanın İraqda nəzarət etdiyi ərazini birləşdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol