Ağdaş rayonu Fariz Səfərov küçəsi ev 12-nin sakini Xəlilov Azad Ramis oğlu "AzPolitika.info" saytı vasitəsilə, bu il keçirilən parlament seçkilərində deputat olan tanınmış ürək cərrahı Rəşad Mahmudov və imkanlı şəxslərə müraciət edib. Həmin müraciəti təqdim edirik:
"Bu müraciətimlə bütün imkanlı şəxslərdən körpə balamın müalicəsinə maddi köməklik göstərmələrini xahiş dirəm. Belə ki, 05 may 2015-ci il tarixdə anadan olmuş qızım Müjganın ürəyində qüsur var. Həkimlər təcili əməlliyat olunmasa, öləcəyini bildiriblər.
Buna görə Neftçilər Xəstəxanasında müayinə edib cərrahiyə əməliyyatı edilməsi üçün Topçubaşov adına xəstəxanaya göndərdilər. Ancaq orada cərrahiyə əməliyatı üçün bizdən pul istənildi. Bizim isə maddi imkanımız yoxdur, yoxsul vəziyyətdə yaşayırıq. Həm də dostumun uşağı həmin xəstəxanada cərrahiyə əməliyyatı olunan zaman dünyasını dəyişdi. Buna görə də qorxuruq.
Ancaq böyük övladımı Neftçilər Xəstəxanasında həkim Rəşad Mahmudov cərrahiyə əməliyyatı etmişdi. Bu əməliyyat çox uğurlu alınmışdı. Hazırda həmin övladım 1-ci sinifdə oxuyur, tam sağlamdı. Rəşad həkim bu il parlament seçkilərində seçicilərin səsini qazanıb, deputatdır.
[caption id="attachment_176440" align="alignleft" width="300"]

Biz istəyirik ki, qızıl əllərin sahibi olan Rəşad həkim xəstə övladımızı cərrahiyə əməliyatı etsin. Çox imkansızıq, ailəmizdə heç kəs işləmir. Ağlamaqdan gözümüzün yaşı quruyub. körpə balamızın gözümüz baxa-baxa əziyyət çəkməsi bizi üzüb. Mətbuat vasitəsi ilə bütün imkanlı insanlara müraciət edib xahiş edirik: körpə Müjganın həyatda qalıb yaşamasına kömək edin. Ümid edirik ki, millət vəkili həkim Rəşad Mahmudov bu müraciətimizi oxuyub balaca Müjganın yaşamasına köməklik edəcək".
Əlaqə telefonu; 050 455-37-37
Bank hesabı ; Kapital Bank Filial kodu: 200606
Vöen: 9900003611
Süft kod: AİİBAZ2X
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
Benefisiarın adı: Nəcəfova İlahə Təvəkkül qızı
Benefisiarın kodu: AZ77AİİB38010019446006510160.





Şərhlər