Nyu Yorkda qərarlaşan Soufan Group təşkilatı Suriyada və İraqda vuruşan xarici yaraqlıların hansı ölkələrdən gəldiyi barədə yeni hesabat yayıb. Hesabatda deyilir ki, rəsmi hesablamaya görə, Azərbaycandan olan yaraqlılar 104 nəfərdən çoxdur. Qeyri-rəsmi məlumatlara görə isə 216 nəfərdir.
Hesabata görə, onlardan 49-u geri qayıdıb.
Hesabatda deyilir ki, Azərbaycandan və Gürcüstandan nə qədər adamın gəlib, İslam Dövləti Qruplaşmasında vuruşduğunun etibarlı informasiyası yoxdur.Ancaq deyilir ki, Azərbaycanda belə insanları ən çox Sumqayıt, Şabran və Qusarda cəlb edirlər.
Digər region və ölkələr üzrə göstəricilər:Azərbaycandan gələn yaraqlılar
Qərbi Avropadan 5 min, Keçmiş Sovet Respublikalarından 4700, Yaxın Şərqdən 8240 adam İslam Dövləti Qruiplaşmasında döyüşür.ABŞ-dan gələnlər , rəsmi hesablamaya görə, 150, qeyri-rəsmiyə görə, 250 nəfərdir. /"Azadlıq" radiosu


Şərhlər