Menu

"Mosuldan geri çəkilməmişik" - ​Türkiyə XİN

08.12.2015, 18:55
"Mosuldan geri çəkilməmişik" - ​Türkiyə XİN

"Türkiyə İraqın Mosul əyalətinin Başika hərbi düşərgəsindən geri çəkilməyib, ancaq ora əsgər göndərməyi dayandırıb".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Xairici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic deyib.

XİN təmsilçisi bildirib ki, Türkiyə Mosula yeni daxil olmayıb: "Oradan geri çəkilməmişik. Ancaq əlavə əsgər göndərməyəcəyik".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri 2 il yarımdır terrorçulara qarşı mübarizə aparmaq üçün İraqın şimalındakı Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.

İraq hökuməti isə Türkiyədən 48 saat ərzində həmin ərazidən çıxmağı tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol