Menu

Suriyada 180 terrorçu təslim olub

08.12.2015, 21:38
Suriyada 180 terrorçu təslim olub

Suriyada 180 döyüşçünün təslim olduğu bildirilib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Rusiyada ərəbcə yayımlanan Rusiya əl-Youm- telekanalında yer alıb.

Məlumata görə, 180 Nusra döyüşçüsünün suriya ordusuna təslim olduğu açıqlanıb.

Xəbərdə silah buraxaraq təslim olanların çoxunun Deyr əz-Zor şəhərində terror təşkilatı əl-Nusra cəbhəsinə qoşulan və 2014-cü ilin əvvəllərində Əbu Mariya Kahtani liderliyi altında Derada savaşan döyüşçülər olduğu iddia edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol