Türkiyə "Rossiya 1” televiziya kanalının çəkiliş qrupunu ölkədən deportasiya edib. Bu, rəsmi Moskvanın narazılığına səbəb olub.İnterfaks xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyənin hərəkətlərini “yolverilməz” adlandırıb. Ankara baş verənlərlə bağlı Rusiya Federasiyasının səfirliyinin əməkdaşlarına izahat verməkdən imtina edib.
Rusiya XİN-in internet səhifəsində deyilir ki, dekabrın 7-də “Rossiya 1” telekanalının “Специальный корреспондент” proqramının çəkiliş qrupu Qaziantep əyalətinə gedərkən Suriyayla həmsərhəd Hatay əyalətində saxlanıb. Onları saxlayan mülkigeyimli şəxslər özlərini təqdim etməkdən və sənədlərini göstərməkdən imtina ediblər. Rusiya çəkiliş qrupunu polis məntəqəsinə gətirərək onların Türkiyədən deportasiya edilməsi ilə bağlı qərar barədə məlumatlandırıblar. Deportasiyanı rus jurnalistlərin “əcnəbi jurnalistlərin Türkiyə Cümhuriyyətində fəaliyyət qaydalarını pozması” ilə əsaslandırıblar.


Şərhlər