Menu

Bağdad və Ankara problemi özləri həll etməlidir - ABŞ

09.12.2015, 09:09
Bağdad və Ankara problemi özləri həll etməlidir - ABŞ

Bağdad və Ankara Türkiyə ordusunun İraqın şimalında yerləşdirilməsi məsələsini özləri həll etməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

“Bizim inanırıq ki, bu məsələdə ən yaxşı yol – Türkiyə və İraqın qarşılıqlı şəkildə birgə çalışmasıdır. Onların arasında artıq diskussiyalar keçirilir”, deyə Kirbi Rusiyanın bu məsələni BMT TŞ-nın müzakirəsinə çıxarmaq təşəbbüsünə şərh verərkən bildirib.

“Bu problem Türkiyə və İraq arasındadır, onlar bunu nizamlamalıdırlar. Müdafiə nazirləri səviyyəsində danışıqların keçirilməsindən məmnunuq. Biz istərdik bu danışıqlar davam etdirilsin”, deyə o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol