Menu

ABŞ hökuməti Türkiyəyə “ağıllı” bombalar satılmasını təsdiqləyib

09.12.2015, 11:56
ABŞ hökuməti Türkiyəyə “ağıllı” bombalar satılmasını təsdiqləyib

ABŞ hökuməti NATO üzrə müttəfiq ölkə Türkiyəyə “ağıllı” aviasiya bombalarının satışını təsdiqləyib.

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, Türkiyəyə ilk mərhələdə 1000 ədəd “ağıllı” bomba göndəriləcək. Bununla bağlı verilən rəsmi açıqlamada bildirilir ki, NATO üzrə müttəfiq Türkiyənin dəstəklənməsi və müdafiə qabiliyyətinin artırılması ABŞ-ın milli maraqları baxımından həyati əhəmiyyətə malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol