Menu

Nardaran ağsaqqalı Natiq Kərimov sərbəst buraxıldı - YENİLƏNİB

09.12.2015, 19:17
Nardaran ağsaqqalı Natiq Kərimov sərbəst buraxıldı - YENİLƏNİB

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov sərbəst buraxılıb. Bu barədə "Report"a Natiq Kərimovun özü məlumat verib.

* * *

Nardaran sakini Natiq Kərimovun saxlanılmasının səbəbləri məlum olub.  Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N. Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.

* * *

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov saxlanılıb.Bu barədə məlumatı musavat.com-un Nardaranda olan reportyoruna kənd sakinləri veriblər.

N.Kərimov saat 12 radələrində saxlanılıb. O, kənddn çıxarkən polis postunda saxlanılıb. Onun hara aparılması ilə bağlı dəqiq məlumat yoxdur.

Polis postundan da məlumatı təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol