Menu

Azərbaycanda fahişəliyə görə cərimə artırılır

09.12.2015, 18:12
Azərbaycanda fahişəliyə görə cərimə artırılır

Azərbaycanda əxlaqsızlıqla məşğul olanlara tətbiq edilən cərimənin miqdarının artırılması planlaşdırılır.

Ölkə prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş yeni İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində əxlaqsızlıqla məşğul olan şəxslərin 100 manat məbləğində cərimələnməsi nəzərdə tutulur.

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsində bu əmələ görə cərimənin miqdarı 35-40 manat təşkil edir. /İnterfaks

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol