Türkiyə ilə Avropa İttifaqı münasibətlərində yeni dövr başlayıb.APA-nın verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib. “Avropa İttifaqı ilə münasibətlərimizdə yeni dövr başlayır. Bununla bağlı mən çox nikbinəm. Türkiyə vətəndaşları üçün viza rejiminin liberallaşdırılması 6, ən uzağı 9 aydan sonra reallaşacaq”, - deyə Ə.Davudoğlu bildirib.
Yeri gəlmişkən, Ə.Davudoğlu parlamentdə dünənki çıxışında da bildirmişdi ki, Türkiyə Avropaya inteqrasiya prosesini sürətləndirəcək: “Avropa İttifaqında tamhüquqlu üzvlük bizim üçün çox önəmlidir. Biz danışıqlar prosesini sürətləndirəcəyik, məhkəmə sistemimizi təkmilləşdirəcəyik. Avropa İttifaqına üzv olmaq üzrə milli planı reallaşdıracayıq və 2016-ci ildən Türkiyə vətəndaşları azad şəkildə Avropa İttifaqı ölkələrinə səfər edə biləcəklər”.


Şərhlər