Menu

Rusiyalı diversant Kiyevdə öldürüldü

10.12.2015, 11:20
Rusiyalı diversant Kiyevdə öldürüldü

Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyevin Obolonsk rayonunda təxribatçı qrupa qarşı keçirdiyi əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən rusiyalı diversant öldürülüb.

APA-nın “vesti-ukr.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qilyanskaya məlumat verib.

O bildirib ki, əməliyat nəticəsində Ukraynanın bir neçə şəhərlərində fəaliyyət göstərən 2 Rusiya və 3 Ukrayna vətəndaşı saxlanılıb.

Əməliyyat nəticəsində yaralanan təhlükəsizlik xidməti əməkdaşlarından biri xəstəxanada dünyasını dəyişib.

Təxribatçı qrupun sığınacağı olan mənzildən isə partlayıcı maddələr, silah sursat , 2 mindən artıq patron və 40 mərmi aşkarlanaraq götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol