Menu

Erməni boksçular Bakıya gəlir

10.12.2015, 16:40
Erməni boksçular Bakıya gəlir

Ermənistan boksçuları gələn il Bakıda keçiriləcək olimpiya reytinqli turnirdə iştirak edəcəklər. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki. Ermənistan boks federasiyasının prezidenti Artur Gevoqryan gələn il martın 1-də Bakıda baş tutacaq turnirdə medal qazanmağa ümidli olduqlarını deyib.

“Bu turnir bizim üçün çox vacibdir. Bakıda medal qazanmalıyıq ki, Rio Щlimpiadasına lisenziya qazanaq” – deyə federasiya rəhbəri deyib.

Ermənistan boksçuları sonuncu dəfə 2015-ci ilin iyununda keçirilən I Avropa Oyunlarında Bakıya gəlmişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol