Menu

Türkiyə rus "jurnalistləri" ölkədən çıxardı

10.12.2015, 21:24
Türkiyə rus "jurnalistləri" ölkədən çıxardı

Türkiyədən 4 Rusiya vətəndaşı deportasiya edilib. Onlar Türkiyə ərazisində qanunsuz çəkiliş etməkdə şübhəli bilinir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya ilə həmsərhəd Hatay vilayəti ərazisindəki hərbi zonada çəkiliş aparan 4 Rusiya vətəndaşı təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Saxlanılan şəxslər jurnalist olduqlarını bildirsələr də onların heç biri lazımı sənədləri təqdim edə bilməyiblər. Buna görə də lazımı sənədlər hazırlandıqdan sonra saxlanan şəxslər ölkədən çıxarılıb.

Hazırda məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Türkiyənin vurduğu "Su 24" təyyarəsi

Rusiya ilə Türkiyə arasında gərginliyə səbəb Rusiyaya məxsus "Su 24" qırıcı təyyarəsininnoyabr ayının 24-də Suriya-Türkiyə sərhədində vurulması olub. Türkiyə tərəfi təyyarənin ölkənin hava sərhədini pozduğu üçün vurulduğunu bildirsə də Rusiya tərəfi bu pozuntuya yol vermədiyini iddia edir. Hərbi təyyarənin göyərtəsində olan iki pilotdan biri türkmənlər tərəfindən öldürülsə də, digəri canını sağ qurtara bilib.

Rusiya prezidenti Vladimir Putin baş verən hadisəni Rusiyaya arxadan vurulan zərbə adlandırıb.

Hadisədən sonra Rusiya ilə Türkiyənin münasibətləri pisləşib və Rusiya öz ölkəsində türk mallarına qadağa qoyub və Rusiyaya səfər edən türk vətəndaşları hava limanından gerir qaytarır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol