Menu

Sabunçuda kütləvi dava: Ramana sakininin çənəsini sındırdılar

11.12.2015, 09:19
Sabunçuda kütləvi dava: Ramana sakininin çənəsini sındırdılar

Sabunçu rayonunda kütləvi dava olub. APA-nın məlumatına görə, hadisə Ramana qəsəbəsi “Şuşa şəhərciyi” adlanan ərazidə qeydə alınıb. 36 yaşlı Anar Məmmədov 6 nəfər tərəfindən döyülüb. Döyülmə nəticəsində Anar Məmmədovun çənəsi sınıb və kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. O, xəstəxanada polis əməkdaşlarına onu döyən şəxslərdən birini tanıdığını bildirib.

Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol