Menu

Türkiyəyə qoyulan sanksiyalar Rusiayanı çökdürür - Avtomobil zavodları dayanır

12.12.2015, 00:31
Türkiyəyə qoyulan sanksiyalar Rusiayanı çökdürür - Avtomobil zavodları dayanır

Türkiyəyə qoyulan sanksiyalar Rusiaynın avtomobil zavodlarını dayanmağa məcbur edib. Sankt-Peterburqda avtomobillərin yığılması və maşın hissələrinin istehsalı zavodu Türkiyədən gələn ehtiyat hissələrinin kəsilməsi üzündən işini dayandırmaq üzrədir. Avropa.info xəbər verir ki, şəhər vitse-qubernatoru Sergey Movçan bu məzmunda məktubla Federal Gömrük Xidmətinin sədr müavininə müraciət edib.

Mənbə bildirir ki, məmur gömrükdən keçidinə qadağa qoyulmuş avtohissələrin üzərindən qadağanın götürülməsini istəyib.

Movçan deyir ki, Türkiyəyə qarşı sanksiyaların daxil edilməsindən sonra yüklərin gömrükdə saxlanılması problemi ilə üzləşib. Hətta sanksiyalar altına düşməyən məhsullar da yoxlamaya məruz qalır. Təxminən üç müəssisə çarəsiz vəziyyətdə qalıb.

Vitse-qubernator deyib ki belə davam edərsə, yaxın zamanlarda zavodlar fəaliyyətini dayandırmalı olacaq.

Peterburq şəhərin Türkiyə istehsalı avtoohissələrin köməyi ilə işləyə avtomobil zavodları ildə 400 min avtomobil istehsal edir. Bu müəssisələrdə 8 min adam çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol