Menu

Putin ikinci dəfə evlənib - Video, Foto

12.12.2015, 10:14
Putin ikinci dəfə evlənib - Video, Foto

Kobzon Rusiya liderinin evliliyi haqqında mətbuata açıqlama verib.

Rusiyanın tanınmış müğənnisi və deputatı İosif Kobzon Rusiya prezidenti Vladimir Putininyeni "nikah"ından danışıb.

Ans press-in məlumatına görə, Kobzon Rusiya liderinin evliliyi haqqında mətbuata açıqlama verib.

Kobzon tanış əcnəbilərin ondan tez-tez Rusiya prezidentinin nə vaxt ikinci dəfə evlənəcəyi barədə soruşduqlarını bildirib. "Onların bu suallarına cavab verirəm. Bəli, Putin çoxdan ikinci dəfə evlənib... Bəli. O Rusiya ilə evlənib. Onun üçün Rusiyadan başqa heç kəs, heç nə mövcud deyil", - deyə müğənni bildirib.

İosif Kobzon

İosif Kobzon vurğulayıb ki, - "Bilirəm, hamı Putini sevmir. Onda sən mənə de görüm, nə üçün sən onu sevmirsən? Bəlkə mən onda anlayacağam bunu".

Xatırladaq ki , 2013- cü ilin aprel ayında Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lüdmila Putina 30 illik nikahdan sonra boşandıqlarını rəsmən təsdiqləyiblər. Cütlük birlikdə Kreml sarayında “Esmeralda” baletinə tamaşa ediblər. Onlar baletdən sonra “Rossiya 24” telekanalına müsahibə veriblər. Boşanma ilə bağlı suala Lüdmila Putina belə cavab verib: “Bəli, demək olar ki, bu, sivil boşanmadır”.

Vladimir Putin isə deyib ki, boşanma qərarını Lüdmila Putina ilə birgə qəbul ediblər. Artıq bir neçə ildir ki, mətbuatda prezidentin məşhur gimnast Alina Kabayevlə roman yaşadığı və ondan uşağı olduğu barədə yazılar gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol