Menu

Ərdoğandan Putinə mesaj: "Bu, alçaqlıqdır"

13.12.2015, 11:20
Ərdoğandan Putinə mesaj: "Bu, alçaqlıqdır"

"Oğlumun neftlə əlaqəsi yoxdur. Qida sektorunda kiçik işlə məşğuldur. Qızım guya İŞİD-in yaralılarını Türkiyədə müalicə etdirirmiş. Yalandır. Bu, bir alçaqlıqdır". Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əl Cəzirə telekanalına verdiyi açıqlamasında deyib.

“Mare-Hercele xəttində koalisiya qüvvələrinin apardığı əməliyyat nəticəsində İŞİD ciddi itkilər verdi. Bu itkiləri verdirən Türkiyə necə olur ki, İŞİD-lə razılaşma əldə edir?! Türkiyə 1500-1600-ə yaxın İŞİD terrorçusunu həbs edib. 2014-cü ildə 79 milyon ton qaçaq neft ələ keçirdik. Bizim İŞİD-dən neft almağa ehtiyacımız yoxdur”, - Ərdoğan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol