Menu

"QMİ ləğv edilsinmi?" - VİDEOSORĞU

13.12.2015, 19:12
"QMİ ləğv edilsinmi?" - VİDEOSORĞU

“Qafqaz Müsəlmanları İdarəsi ləğv olunmalıdır”-fikrini bir müddət öncə ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirmişdi. Partiya sədri qeyd etmişdi ki, Azərbaycanda dinlə bağlı ortaya çıxan problemlərin günahkarı Qafqaz Müsəlmanları İdarəsidir və bu qurum İdarəsi dinlə bağlı ölkədə normal iş apara bilmir. Müxalifət liderinin sözlərinə görə, Sovet dövründə  Qafqaz Müsəlmanları İdarəsi Rusiyanın bir idarəsi idi və əslində İslamda belə bir idarə üsulu yoxdur: “ Ateizmi təbliğ etmiş bir dövlətin yaratdığı idarə nəyə lazımdır indi?! Qafqaz Müsəlmanları adlı idarə şəriətə, İslama uyğun olmayan bir qurumdur”.

 Sərdar Cəlaloğlunun fikirlərinə münasibət bildirən bir çox ictimaiyyət nümayəndəsi isə birmənalı olaraq QMİ-nin ləğvini düzgün hesab  etmədiklərini bildiriblər.

 Bəs, görəsən sadə insanlar necə Şeyx Allahşükür Paşazadənin rəhbərlik etdiyi idarəsinin fəaliyyətindən razıdırlarmı? Bu qurumun ləğv edilməsi haqqında təklifi necə qarşılayırlar? Bu suallara vətəndaşların rəyini öyrənmək üçün musavat.com şəhər sakinləri arasında sorğu keçirib.

Sorğu iştirakçılarının cavablarından məlum oldu ki, hətta bu qurumun mövcudluğundan, fəaliyyətindən xəbərsiz olan insanlar da var. Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol