İran Türkiyə ilə Rusiya arasında gərginliyinin nizamlanmasına kömək eləməyə hazırdır. Musavat.com-un məlumatına görə, bu barədə İranın vitse-prezidenti İshak Cahangiri Aşqabadda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.
“Biz iki ölkə arasında yaranmış gərginlikdən narahatıq və hesab edirik ki, bu gərginlik regionun xeyrinə işləmir. Biz bu gərginliyi zəiflətməyə kömək etməyə hazırıq” – qeyd edib İran rəsmisi.
“Suriya məsələsində fikir ayrılıqlarına baxmayaraq, biz terrorizmə və ekstremizmə qarşı birgə mübarizə aparmalyıq” söyləyib Cahangiri və əlavə edib ki, qarşılıqlı uzlaşma, milli suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət, həmçinin fikir ayrılıqlarını dəf eləməyə yönəlik səylər bölgədə sabitliyə və davamlı sülhə yardımçı olacaq.
Cavabında prezident Ərdoğan bildirib ki, Türkyə gərginliyin artmasından məmnun deyil və dialoqa çağırır.


Şərhlər