Menu

Azərbaycanda dəhşətli hadisə: 2 ailə yasa batdı

14.12.2015, 12:09
Azərbaycanda dəhşətli hadisə: 2 ailə yasa batdı

Bakı-Qazax magistralının Ağdaşdan keçən hissəsində dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, magistralın 281-ci kilometrliyində 1979-cu il təvəllüdlü Bayramov Tural Rafiq oğlunun idarə etdiyi "Gelly" və 1974-cü ildə anadan olmuş Səfərov Etibar Baxşəli oğlunun sürdüyü "Mercedes" toqquşub. Nəticədə "Gelly"də olan sərnişinlərdən 2011-ci il təvəllüdlü Bayramlı Hüseyn Vüsal oğlu ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib.

Avtomobilin sürücüsü və sərnişinləri - 1982-ci il təvəllüdlü Mehriban Bayramova və 2012-ci ildə anadan olmuş Bayramlı Ayan Tural qızı isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq 3 yaşlı Ayanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzada ölən uşaqlar iki qardaşın övladları olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol