Menu

ABŞ "Günəşli" qəzası ilə bağlı Azərbaycana kömək təklif edib

14.12.2015, 16:09
ABŞ "Günəşli" qəzası ilə bağlı Azərbaycana kömək təklif edib

ABŞ-ın xüsusi elçisi və beynəlxalq enerji koordinatoru Amos Hokstayn energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, A. Hokstayn “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.

A.Hokstayn həmçinin qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib: "ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol