Menu

Rusiya Suriyada üsyançıların kəndini vurub

15.12.2015, 19:52
Rusiya Suriyada üsyançıların kəndini vurub

Suriyanın şimalında üsyançıların nəzarətində olan kəndələrdən birində yanacaq bazarının havadan vurulması nəticəsində onlarla adam ölüb.

Bu barədə dekabrın 15-dəLondonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi məlumat yayıb.

Məlumata görə Maarat al Naasan kəndinə zərbələri dekabrın 15-də Rusiya təyyarələri endirib.

Mərkəzin rəhbəri Rami Abdurrahman azı 35 nəfərin öldüyünü bildirir.

Bu bazarda “İslam Dövləti” qrupunun nəzarətində olan rayonlardan gətirilən dizel yanacağı satılır.

Rusiya sentyabrın 31-də Suriyada hava reydləri keçirir.

Qeyd edək ki, Rusiya Suriya münaqişəsində prezident Bashar Assadın, Qərb isə ona qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol